Fransa klubunda Anri səsləri
Fransa millisinin sabiq futbolçusu Tyerri Anri ölkəsində komanda çalışdıra bilər.
Komanda.az xəbər verir ki, Anri “Bordo” klubuna baş məşqçi təyin oluna bilər. Bu barədə “RMC Sport” telekanalı məlumat yayıb.
“Bordo” rəhbərliyi komandanın hazırkı baş məşqçisi Vladimir Petkoviçin işindən məmnun deyil. Rəhbərlik isveçrəli mütəxəssislə yollarını ayırıb, bu vəzifəyə Anrini gətirə bilər.
Anri hazırda Belçika yığmasında məşqçi kimi çalışır.
“Bordo” Liqa 1-də 19-cu sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin