Fransa millisinin keçmiş üzvü Kipr klubunda – Rəsmi

“Fənərbaxça”nın sabiq futbolçusu Matye Valbuena azad agent kimi “Apollon”a keçib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı fransalı oyunçu Kipr təmsilçisi ilə 2024-cü ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Valbuenanın son iş yeri Yunanıstan təmsilçisi “Olimpiakos” olub. Fransa millisinin keçmiş üzvü “Lion”, “Dinamo” (Moskva) və “Marsel” kimi klubarda da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button