
Fransa millisinin AÇ-2024 üçün formaları təqdim olundu – FOTO
Fransa millisinin texniki sponsoru, Amerikanın “Nike” şirkəti komandanın 2024-cü il Avropa çempionatında geyinəcəyi formaları təqdim edib.
Komanda.az xəbər verir ki, Fransa millisi qarşıdakı turnirdə D qrupunda mübarizə aparacaq. Didye Deşamın komandası A qrupunda Avstriya, Niderland və pley-off mərhələsinin qalibi olacaq millilərdən biri ilə qarşılaşacaq. Turnir bu il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.
Fransa millisi iki dəfə – 1984 və 2000-ci illərdə Avropa çempionatının qalibi olub.


Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin