“Kapitan olacağımı düşünmürdüm” – Mbappe
Fransalı hücumçu Kilian Mbappe milli komandada kapitanlıq sarğısına yiyələnməsi haqda danışıb.
Komanda.az TF1-ə istinadən xəbər verir ki, o, öncədən kapitan olacağını düşünmədiyini deyib:
“Kapitan olacağımı düşünmürdüm. Öncə baş məşqçi Didye Deşam məsələ ilə bağlı mənimlə fikir mübadiləsi apardı. Fransa millisində kapitanlıq sarğısından imtina etmək çətindir”.
Qapıçı Uqo Llorisin millidəki karyerasını bitirməsindən sonra Mbappe yığmanın kapitanı olub.
Mbappe Fransa millisinin heyətində 68 oyuna çıxıb və 38 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin