AÇ-2024: “Fransa millisi dünyanın ən yaxşı iki komandasından biridir”

İspaniya millisinin yarımmüdafiəçisi Rodri Hernandes Avropa çempionatının yarımfinalında Fransa ilə qarşıdakı görüşdən danışıb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, rəqib komandanın əla fiziki hazırlığa malik olduğunu bildirib:

“Fransa millisi dünyanın ən yaxşı iki komandasından biridir. Artıq bir neçə ildir ki, özlərini sübut edirlər. Əla fiziki hazırlığa malikdirlər və əks-hücumlarda əladırlar. Fransada çoxlu istedadlı futbolçular var. Amma biz onlardan qorxmuruq. İspaniya bura titul üçün gəlib”.

İspaniya yığması ilə Fransa millisi arasında yarımfinal matçı bu gün keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button