Fransa millisi Azərbaycanla oyundakı rekordunu yeniləyib

Fransa millisi AÇ-1996-nın seçmə mərhələsində Azərbaycan yığması ilə oyundakı rekordunu yeniləyib.

Komanda.az xəbər verir ki, “xoruzlar” buna AÇ-2024-ün seçmə mərhələsində Cəbəllütariqin qapısından 14 cavabsız top keçirməklə nail olub.

Bu, fransızların ən böyükhesablı qələbəsi kimi tarixə düşüb. Son dünya çempionatının finalçısı 28 illik rekordunu yeniləyib. Komandanın buna qədər ən məhsuldar oyunu 1995-ci ildə Azərbaycan millisi üzərində qazandığı 10:0 hesablı qələbə olub.

Cəbəllütariqlə qarşılaşma həm də Avropa çempionatları tarixinin ən böyükhesablı qələbəsidir. Fransa millisi Almaniya yığmasının AÇ-2008-in seçmə mərhələsində San Marino üzərindəki 13:0 hesablı qələbə rekordunu qırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button