Fransa millisinin üzvündə koronavirus aşkarlandı
Fransa milli komandasının və “Marsel”in futbolçusu Stiv Mandanda koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Yığmanın düşərgəsində olan Mandanda bu gün toplanışı tərk edəcək.
Fransa yığması UEFA Millətlər Liqasında sentyabrın 5-də səfərdə İsveç millisi ilə üz-üzə gələcək. Komanda üç gün sonra Xorvatiyanı qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin