Vieyra “Lion”u çalışdıra bilər

Fransa milli komandasının sabiq futbolçusu Patrik Vieyra “Lion”u çalışdıra bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. “Lion” mövsümün sonunda baş məşqçi Rudi Qarsiya ilə yollarını ayırmağa hazırlaşır. 57 yaşlı mütəxəssisin klubla müqaviləsi yaya qədərdir.

“Lion”da Qarsiyanın əvəzinə baş məşqçi postuna namizədlər arasında Vieyra da var. Fransalı keçmiş yarımmüdafiəçidən başqa, bu posta “Sassuolo”dan Roberte De Cerbi, “Lill”dən Kristof Qalte və “River Pleyt”dən Marselo Qalyardo namizəd göstərilib.

Vieyra hazırda işsizdir. O, son olaraq Fransada “Nitsa” komandasını çalışdırıb.

“Lion” hazırda Liqa 1-də 3-cü sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button