“Messi bu hərəkəti heç vaxt unutmayacaq”

Fransa milli komandasının sabiq futbolçusu Nikolya Anelka PSJ-nin futbolçusu Lionel Messiylə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş hücumçu, PSJ-nin baş məşqçisi Maurisio Poçettinonun Fransa çempionatında “Lion”la matçda (2:1) Messini əvəzləməsinə münasibət bildirib:

“Altı dəfə “qızıl top”u qazanan bir futbolçunu qol vurmamış, 65-ci dəqiqədə əvəzləyə bilməzsiz. Bir futbolçu məşqçisinin ona güvənməsini istəyir. Messi bu hərəkəti heç vaxt unutmayacaq. Olacaq iş deyil, Messini belə idarə etmək olmaz”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button