Fransa millisinin sabiq üzvü C Seriyası klubunda

Fransa milli komandasının sabiq futbolçusu Jeremi Menez yenidən İtaliyaya qayıdır.

Komanda.az xəbər verir ki, 33 yaşlı hücumçu C Seriyası təmsilçisi “Recina”ya transfer olmağa yaxındır. Bu barədə “La Gazette dello Sport” nəşri məlumat yayıb. Menezin “Recina”yla ilkin razılaşma əldə etdiyi bildirilib.

Menezin son klubu Fransa “Paris”i olub. Hücumçu, 2-ci liqa təmsilçisiylə olan müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edib.

Karyerası ərzində “Roma”, PSJ, “Milan”, “Monako”, “Bordo” kimi klublarda çıxış edən hücumçu, 24 dəfə də Fransa milli komandasının formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button