Bartez məşqçiliyə başladı
Fransa milli komandasının sabiq futbolçusu Fabyen Bartez məşqçiliyə başlayıb.
Komanda.az xəbər verir ki, keçmiş qapıçı “Tuluza” klubunda çalışacaq. Bu barədə Liqa 2 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bartez, “Tuluza”da qapıçılarla iş üzrə məşqçinin köməkçisi kimi işləyəcək.
Bartez “Tuluza” klubunun yetirməsi olub. “Monako”, “Marsel”, “Mançester Yunayted” kimi klublarda da çıxış edən sabiq qapıçı, Fransa millisi ilə həm dünya, həm də Avropa çempionu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin