Fransa millisinin sabiq futbolçusu vəfat etdi
Fransa milli komandasının sabiq futbolçusu Bruno Martini vəfat edib.
Komanda.az “RMC Sport”a istindən xəbər verir ki, bir müddət əvvəl ürək tutması və tənəffüs çatışmazlığından xəstəxanaya yerləşdirilən keçmiş qapıçı bu gün vəfat edib.
58 yaşlı Martini 1987-1996-cı illərdə Fransa millisində çıxış edib. Mərhum futbolçu AÇ-1996-nın bürünc mükafatçısı olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin