PSJ-nin sabiq baş məşqçisi “Barselona”ya təklif olundu
Fransa milli komandasının sabiq baş məşqçisi Loran Blan “Barselona”nı çalışdıra bilər.
Komanda.az xəbər verir ki, bu barədə “El Mundo Deportivo” nəşri məlumat yayıb. Xəbərdə, Blanın menecer Jorje Mendeş tərəfindən “Barselona”ya təklif olunduğu bildirilib. Kataloniya klubu da 55 yaşlı mütəxəssisin xidmətində maraqlıdır.
Blan 2010-2012-ci illərdə Fransa millisini, 2013-2016-cı illərdə isə PSJ-ni çalışdırıb. Mütəxəssis 2016-cı ildən işsizdir.
“Barselona”nı hazırda Kike Setyen çalışdırır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin