Azərbaycan millisinin rəqibi baş məşqçi dəyişikliyinə hazırlaşır

Fransa milli komandasının keçmiş baş məşqçisi Raymond Domenek Serbiya yığmasını çalışdıra bilər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 68 yaşlı mütəxəssis Serbiya Futbol Federasiyasından təklif aldığını deyib. O, yığmanı çalışdırmaq üçün təklif aldığını və bunu dəyərləndirəcəyini bildirib.

Domenek 2004-2010-cu illər aralığında Fransa yığmasında baş məşqçilik edib.

Serbiya millisini hazırda Lyubişa Tumbakoviç çalışdırır.

Serbiya yığması DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda Azərbaycan, Portuqaliya, İrlandiya və Lüksemburqla mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button