
“Ümid edirəm ki, mükafatı mən qazanaram” – Benzema
Fransa milli komandasının hücumçusu Kərim Benzema açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 33 yaşlı futbolçu, millidəki hədəfləri ilə bağlı bunları söyləyib:
“Sahib olduğumuz heyətə baxanda dünya çempionatını qazanmaq hədəflərimiz arasında olmalıdır. Özümüzü buna hazırlamalıyıq. Çempionluq üçün çox çalışmalıyıq”.
Benzema “qızıl top”u qazanmaq istədiyini də əlavə edib:
“Şansım var, ümid edirəm ki, mükafatı mən qazanaram”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin