Fransa millisində itki
Fransa milli komandasının futbolçusu Pol Poqba zədələnib.
Komanda.az “RMC Sport”a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi yığmanın düşərgəsində zədə alıb. Poqbanın son durumu hələ məlum deyil.
Yarımmüdafiəçi Fransa yığmasının DÇ-2022-nin seçmə mərhələsində Qazaxıstanla ev (13 noyabr) və Finlandiya ilə səfər (16 noyabr) matçını buraxa bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin