
AÇ-2020: “Daha güclü qayıdacağıq” – Benzema
Fransa milli komandasının futbolçusu Kərim Benzema yığmanın AÇ-2020-dəki çıxışını dəyərləndirib.
Komanda.az xəbər verir ki, Benzema, daha güclü qayıdacaqlarını deyib:
“Turnirin qalibi olmaq istərdik. Bizə inandıqları üçün azarkeşlərə təşəkkür edirəm. Məğlubiyyətlər bizi özümüzə gəlməyə məcbur edir. Daha güclü qayıdacağıq”.
Fransa yığması AÇ-2020-nin 1/8 final mərhələsində İsveçrəyə uduzaraq, mübarizəni dayandırıb. Benzema turnirdə 4 oyunda 4 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin