Sulşer Poqbanın son durumundan danışdı
Fransa milli komandasının düşərgəsində zədələnən Pol Poqba 3 ay yaşıl meydanlardan uzaq qalacaq.
Komanda.az xəbər verir ki, “Mançester Yunayted”də çıxış edən yarımmüdafiəçinin bərpa müddəti çox çəkəcək. Bu barədə “qırmızı şeytanlar”ın baş məşqçisi Ole-Qunnar Sulşer açıqlama verib.
O, Poqbanın zədə səbəbindən 12 həftə yaşıl meydanlardan uzaq qala biləcəyini söyləyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin