Deşam: “Futbolçularım təslim olmadılar”

Fransa milli komandasının baş məşqçisi Didye Deşam Millətlər Liqasının yarımfinalında Belçikaya qalib gəldikləri oyundan (3:2) sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Deşam, belçikalılar üzərində qələbəni belə şərh edib:

“İlk 20 dəqiqədə iki qol buraxdıq. Bundan sonra qazandığımız qələbə komandamızın gücünü göstərir. Futbolçularım təslim olmadılar. Gözəl qələbəylə finala çıxdıq. Bizim üçün bu turniri qazanmaq vacibdir. Qələbə üçün hər şeyi edəcəyik”.

Fransa Millətlər Liqasının finalında İspaniya ilə qarşılaşacaq. Oyun oktyabrın 10-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button