Deşam: “Hədəfimiz çempionluqdur”
Fransa milli komandasının baş məşqçisi Didye Deşam Millətlər Liqasının yarımfinal mərhələsində Belçikaya qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Deşam, hədəflərinin çempionluq olduğunu deyib:
“Dünyanın ən yaxşı komandalarından birinə qarşı yarımfinal matçı keçirəcəyik. Çətin bir qrupdan çıxdıq və irəli getmək üçün hər şey etdik. Titul qazanmaq istəyirik. Əvvəl milli komandalar üçün dünya və Avropa çempionatını qazanmaq vacib idi. İndi daha bir turnir – Millətlər Liqası bunların sırasına qoşulub. Hədəfimiz çempionluqdur”.
Millətlər Liqasının yarımfinal mərhələsi çərçivəsində keçiriləcək Belçika – Fransa matçı oktyabrın 7-də, saat 22:45-də başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin