Deşam: “Futbolçularımla qürur duyuram”

Fransa milli komandasının baş məşqçisi Didye Deşam Millətlər Liqasının finalında İspaniyanı məğlub etdikləri oyundan (2:1) sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan Deşam, Millətlər Liqasının qalibi olmaları haqda bunları söyləyib:

“Oyunçularımla fəxr edirəm və çox xoşbəxtəm. Hər iki hissədə də çox çalışdıq. Hər şeyi daha sürətli etmək lazım idi. Matçlarda futbolçuların fərdi bacarıqlarıyla yanaşı, həm də xarakter də vacibdir. Futbolçularımla qürur duyuram.

Fasilədən sonra oyuna daha aqressiv başladıq. Rəqibi səhv etməyə məcbur etdik və sonda sevinən tərəf də biz olduq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button