AÇ-2020: “Bu nəticəni unutmaq üçün zamana ehtiyacımız olacaq” – Deşam

Fransa milli komandasının baş məşqçisi Didye Deşam AÇ-2020-nin 1/8 finalında İsveçrəyə uduzduqları oyundan (3:3, penaltilər 4:5) sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Deşam, turnirlə vidalaşmaları haqda danışıb:

“Məsələ mənim gələcəyim deyil. Bu heyətdə birlik və bərabərlik var. İşlər pis gedirsə, məsuliyyət məndədir. Bu nəticəni unutmaq üçün zamana ehtiyacımız olacaq.

Hamımızın necə məyus olduğunu təxmin edə bilərsiz. Sona qədər mübarizə apardıq. Penaltilər seriyası hər zaman amansız olur. Heç kim Kilian Mbappeyə əsəbiləşə bilməz”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button