“Çelsi”nin futbolçusu Fransa millisinin heyətindən çıxarıldı

Fransa milli komandası ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, yığmanın yarımmüdafiəçisi Nqolo Kante zədələnib. Bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. DÇ-2022-nin seçmə mərhələsinin ilk turunun Ukrayna ilə matçında (1:1) zədələnən Kante, yığmanın toplanışını tərk edərək, “Çelsi”nin düşərgəsinə qayıdıb.

Fransa yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 28-də Qazaxıstanla, 31-də isə Bosniya və Herseqovina ilə qarşılaşacaq. Fransızların hər iki matçı səfərdə olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button