
Qrizmann Platinini geridə qoydu
Fransa milli komandası DÇ-2022-nin seçmə mərhələsinin 9-cu turunda Qazaxıstanı darmadağın edib – 8:0.
Komanda.az xəbər verir ki, fransalı hücumçu Antuan Qrizmann bu matçda fərqlənərək, millidəki qollarının sayını 42-yə çatdırıb.
30 yaşlı futbolçu Fransa yığması tarixinin ən çox qol vuran 3-cü futbolçusu olub. O, 41 qol vuran Mişel Platinini geridə qoyub.
Qrizmann qol sayında Tyerri Anri (51 qol) və Olivye Jirudan (46 qol) geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin