Qrizmanndan rekord göstərici – ardıcıl 45 oyunda…
Fransa milli komandası DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turunda səfərdə Qazaxıstanı məğlub edib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 2:0 hesabıyla bitən qarşılaşmada iştirak edən Fransa millisinin üzvü Antuan Qrizmann yeni rekorda imza atıb. Belə ki, 30 yaşlı hücumçu yığma ilə ardıcıl 45-ci oyununa çıxıb. Bu, milli komanda tarixinin rekord göstəricisidir.
Bundan əvvəl yığmanın rekordçusu sabiq yarımmüdafiəçi Patrik Vieyra idi. O, millidə ardıcıl 44 oyuna çıxmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin