Fransa yığmasında ciddi itki
Fransa milli komandası ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, yığmanın hücumçusu Antoni Marsial zədələnib. Bu barədə “The Mirror” nəşri məlumat yayıb. 25 yaşlı futbolçu DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turunun Qazaxıstanla səfər matçında (2:0) sıradan çıxıb.
Marsialın son durumu tibbi müayinədən sonra bilinəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin