Milli komanda ilə 100-cü oyun
Fransa milli komandası AÇ-2020-nin seçmə mərhələsinin 10-cu turunda Albaniyanı məğlub edib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 2:0 hesabıyla bitən görüş “xoruzlar”ın baş məşqçisi Didye Deşam üçün yubileylə əlamətdar olub. Belə ki, Albaniya ilə oyun 51 yaşlı mütəxəssisin Fransa millisindəki 100-cü matçı olub.
2012-ci ildən yığmada baş məşqçilik edən Deşamın komandası bu oyunlarda 65 dəfə qələbə qazanıb, 17 dəfə isə məğlub olub. Deşam, Fransa millisi ilə həm Avropa, həm də dünya çempionatının final matçında iştirak edən ilk mütəxəssisdir. Fransız mütəxəssis yığma ilə DÇ-2018-in qalibi olub.
Fransa millisi AÇ-2020-nin seçmə mərhələsinin H qrupunu 25 xalla ilk sırada bitirərək, əsas mərhələyə vəsiqə qazanıb.
Bizi Facebook-da izləyin