Benzema: “Fransa mediası artıq nə yazacağını bilmir”
“Əl-İttihad”ın hücumçusu Kərim Benzema komandadan ayrılmaq istəməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı forvard bu məlumatları təkzib edib:
“Bu, tamamilə yalandır! Fransa mediası artıq nə yazacağını bilmir”.
Daha əvvəl Benzemanın təzyiq altında olduğu üçün komandanı müvəqqəti tərk etmək istədiyi haqda məlumatlar yayılıb. Onun artıq “Əl-İttihad” rəhbərliyinə müraciət etdiyi bildirilirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin