Fransa Liqa kubokunun qalibi bəlli oldu – VİDEO

Futbol üzrə Fransa Liqa kubokunun qalibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, həlledici oyunda Liqa 1-in iki təmsilçisi – “Strasburq”la “Genqam” üz-üzə gəlib.

Tərəflər 90 dəqiqə ərzində qapılara yol tapa bilməyiblər. Əlavə vaxtda da hesab dəyişmədiyindən, qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Strasburq” Liqa kubokunun qalibi olub.

Bu, “Strasburq”un sözügedən turnirdə dördüncü belə uğurudur. Maraqlıdır ki, bu klub Liqa kubokunun finalına vəsiqə qazandığı bütün oyunlardan qalib ayrılıb. “Strasburq” daha öncə 1964, 1997 və 2005-ci illərdə bu titula sahib çıxmışdı. Sözügedən komanda titul sayında yalnız PSJ-dən (8-qat qalib) geri qalır.

Fransa Liqa kuboku, final

30 mart

Strasburq – Genqam 0:0 (penaltilər 4:1)
Lill. “Pyer Morua” stadionu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button