Fransa Liqa Kubokunun finalı təxirə salındı

PSJ və “Lion” arasında keçiriləcək Fransa Liqa Kubokunun final matçı koronavirusa görə təxirə salınıb.

Komanda.az “L Equipe”yə istinadən xəbər verir ki, qarşılaşma aprelin 4-də “Stad de Frans” stadionunda baş tutmalı idi. Görüşün yeni tarixi hələ ki bəlli deyil.

Qeyd edək ki, Fransada koronavirusa yoluxanların sayı 1 774, ölənlər isə 33 nəfərdir. UEFA daha öncə PSJ-nin Çempionlar Liqasındakı matçının azarkeşsiz keçiriləcəyini açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button