Fransaya da bulaşdı – koronavirus

Fransa Liqa 2-də 28-ci turun “Şambli” – “Le Man” matçı azarkeşsiz keçiriləcək.

Komanda.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Qarşılaşmanın azarkeşsiz oynanılması Fransada koronavirus epidemiyasının qarşısını almaq üçün görülən tədbirlərin bir hissəsi olaraq qəbul edilib.

“Şambli” – “Le Man” matçı martın 6-da keçiriləcək.

Koronavirus epidemiyasına görə İsveçrə çempionatı təxirə salınıb, İtaliya A Seriyasının bir neçə oyunu isə ertələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button