PSJ-nin futbolçusunun cəzası açıqlandı

Fransa Liqa 1-in 36-cı turunun “Renn”lə matçında (1:1) qırmızı vərəqə alan PSJ-nin futbolçusu Presnel Kimpembenin cəzası açıqlanıb.

Komanda.az turnirin saytına istinadən xəbər verir ki, 25 yaşlı fransalı müdafiəçi üç oyunluq diskvalifikasiya olunub. Kimpembe PSJ-nin çempionatda “Reyms”lə ev və “Brest”lə səfər matçını buraxacaq.

PSJ Liqa 1-də 2-ci sıradadır. Paris təmsilçisi sona iki tur qalmış lider “Lill”dən üç xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button