“Butulka davası” ilə bağlı ilk qərar verildi

Fransa Liqa 1-in 3-cü turu çərçivəsində keçirilən və yarımçıq dayandırılan “Nitsa” – “Marsel” matçında yaşanan hadisələrlə bağlı qərar verilib.

Komanda.az xəbər verir ki, qarşılaşmada “Marsel”in futbolçusu Dimitri Payetə butulka tullanılan tribunaya 4 oyun azarkeş buraxılmayacaq. Bu barədə Fransa mətbuatı məlumat yayıb. Bununla yanaşı, Payetə butulka atan şəxsin kimliyi məlum olub və o, saxlanılıb.

“Nitsa” – “Marsel” matçı (0:0) ikinci hissənin sonlarına yaxın təxirə salınıb. Meydan sahibi komandanın azarkeşləri “Marsel”in futbolçusu Dimitri Payetə butulka atıblar. Payet daha sonra butulkanı azarkeşlər tərəfə fırladıb və bundan sonra fanatlar meydana daxil olublar.

Matç oyunçularla azarkeşlərin kütləvi davasına görə dayandırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button