Liqa 1 matçından əvvəl insident – 3 azarkeş xəstəxanalıq oldu

Fransa Liqa 1-in 27-ci turu çərçivəsində keçiriləcək “Lion” – “Sent-Etyen” matçından əvvəl hər iki komandanın azarkeşləri arasında qarşıdurma yaranıb.

Komanda.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Qarşıdurmada 100-ə yaxın fanat iştirak edib. Azarkeşlər arasında baş verən dava polisin müdaxiləsindən sonra bitib.

Qarşıdurma zamanı 9 “Sent-Etyen” azarkeşi yaralanıb. Yaralılardan üçü isə xəstəxanalıq olub.

Bu gün keçiriləcək “Lion” – “Sent-Etyen” matçı saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button