Meydana “kəsilmiş əl” atdılar FOTO
Fransa Liqa 1-in 10-cu turu çərçivəsində keçirilən “Mets” – “Nant” oyununda xoşagəlməz hadisə yaşanıb.
Komanda.az xəbər verir ki, “Nant” azarkeşləri oyun əsnasında meydana “kəsilmiş əl” atıblar. Bu barədə Fransa mətbuatı məlumat yayıb.
“Nant”ın azarkeş qruplarından olan “Luar Briqada” 20 illik yubileylərini təmtəraqla qeyd edib. Xüsusi pankartlardan istifadə edən azarkeşlərdən biri meydana maket olan kəsilmiş əl atıb.
“Mets” – “Nant” matçı ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin