Burak Yılmaz mövsümün ən yaxşı futbolçusu adına namizəd oldu
Fransa Liqa 1-də mövsümün ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Komanda.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Liqa 1-də mövsümün ən yaxşı futbolçusu adına “Lill”dən Burak Yılmaz, PSJ-dən Neymar və Kilian Mbappe, “Lion”dan Memfis Depay və “Monako”dan Vissam Ben Yedder namizəd olub.
“Lill”də çıxış edən türk hücumçu Burak bu mövsüm Liqa 1-də 15 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Liqa 1-də sona 2 tur qalmış lider “Lill”dir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin