Liqa 1 matçı Çində keçirilə bilər
Fransa Liqa 1-də 2022-ci ilin fevralında keçiriləcək “Lion” – “Monako” matçı Çində oynanıla bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. Xəbərdə, Fransa Peşəkar Futbol Liqasının (LFP) rəhbərliyinin matçın Şanxayda keçirilməsini istədiyi bildirilib.
LFP bununla bağlı FİFA-ya müraciət edib və təsdiq cavabı gözləyir.
Çempionat rəhbərliyinin nə üçün belə addım atdığı açıqlanmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin