PSJ – “Marsel” matçında qalmaqal: 5 futbolçu meydandan qovuldu – video

Fransa Liqa 1-də “Marsel”lə oyunda qırmızı vərəqə alan Neymar, meydandan qovulmasının səbəbini açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə braziliyalı futbolçu “tvitter” hesabında paylaşım edib. O, “Marsel”in müdafiəçisi Alvaro Qonsalesin ona qarşı irqçi sözlər söylədiyini bildirib:

“Tək peşmançılığım onun üzünə vurmamağımdır”.

Qarşılaşmanın 90+7-ci dəqiqəsində PSJ-dən Leandro Paredesin rəqib futbolçuya qarşı kobud oynamasından sonra futbolçular arasında mübahisə yaranıb. Daha sonra Neymar ona qarşı irçilik etdiyini iddia edərək, rəqib komandanın müdafiəçisi Alvaro Qonsalesi boynundan yumruqla vurub.

“Marsel”in 1:0 hesablı qələbəsiylə bitən matçda PSJ-dən Neymar, Layven Kurzava və Leandro Paredes, “Marsel”dən isə Jordan Amavi ilə Dario Benedetto qırmızı vərəqə alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button