Fransa kubokunu yenə PSJ qazandı

Futbol üzrə Fransa kubokunda 2020/21 mövsümünün qalibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, həlledici oyunda PSJ ilə “Monako” komandaları üz-üzə gəlib.

Paris təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb – 2:0. Mauro İkardi 19-cu dəqiqədə hesabı açıbsa, ilk qolun ötürməsini verən Kilian Mbappe 81-ci dəqiqədə oyunda son nöqtəni qoyub.

Beləliklə, PSJ ardıcıl ikinci, bütövlükdə isə 14-cü dəfə Fransa kubokunun qalibi olub. Bu baxımdan parislilər rekordçudurlar. İkinci yerdə 10 dəfə kuboku qazanmış Marsel “Olimpik”i qərarlaşıb. 5-ci dəfə finalda uduzan “Monako” isə bir o qədər həlledici oyundan da qalib ayrılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button