Saraydan tələb etdilər, final matçının protokolu dəyişdirildi
Yelisey Sarayının tələbi ilə Fransa kubokunun final matçının protokolu dəyişdirilib.
Komanda.az RTL-ə istinadən xəbər verir ki, ölkə prezidenti Emmanuel Makron mükafatlandırma mərasimində iştirak edəcək. Lakin dəyişikliyə əsasən, kubok qalib komandaya meydançada yox, tribunada təqdim ediləcək.
Buna səbəb yarımfinalın “Nant” – “Lion” (1:0) matçından sonra meydan sahiblərinin azarkeşlərinin meydançaya çıxması olub.
Fransa kubokunun “Nant” və “Tuluza” arasında keçiriləcək həlledici qarşılaşması bu gün, saat 23:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin