Fransa klubunun ən yaxşısı – Burak Yılmaz
Türkiyənin “Lill” klubunda avqust ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, Türkiyə millisinin hücumçusu Burak Yılmaz Liqa 1 təmsilçisində ötən ayın ən yaxşısı elan olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Türkiyəli hücumçunun azarkeşlər arasında aparılan səsvermə nəticəsində ən yaxşı seçildiyi diqqətə çatdırılıb.
Burak avqustda “Lill”in heyətində 4 matça çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, türkiyəli hücumçu ötən mövsümdə də “Lill”in heyətində dekabr və aprel aylarının ən yaxşı oyunçusu elan edilmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin