
Fransa klubundan yeni transfer
Fransanın “Olimpik” (Marsel) klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi gənc yarımmüdafiəçi Pape Queyeni heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Havr”dan transfer edilən 21 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Pape yeni komandasında 22 nömrəli formanı geyinəcək.
Queye “Havr”ın öz yetirməsidi. O, 2017-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. Gənc futbolçu Fransanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin