Fransa klubundan iki transfer

Fransanın “Nim” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 klubu elitanın digər təmsilçisi “Tuluza”dan qapıçı Baptiste Reyneni transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı qolkiper yeni klubu ilə 2 illik müqavilə bağlayıb. O, “Nim”də 30 nömrəli formanı geyinəcək.

“Tuluza”dan öncə “Dijon” və “Loryan”da da oynamış qapıçı, karyerası ərzində 300-dən çox rəsmi oyun keçirib.

“Nim” yarımmüdafiəçisi Yassin Benrahu ilə də müqavilə yeniləyib. Ötən mövsüm “Bordo”dan icarəyə götürülmüş 21 yaşlı fransalı futbolçu “Nim”lə 3 illik müqaviləyə imza atıb. O, geridə qalan mövsümdə 15 oyuna çıxıb, 2 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button