Fransa klubunda yeni müqavilə

Fransanın “Reyms” klubu yarımmüdafiəçisi Moreto Kassama ilə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

22 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2024-cü ilin yayına qədərdir.

Qvineya-Bisauda anadan olsa da, futbolun sirlərinə Portuqaliyada yiyələnən, hətta bu ölkənin aşağı yaş qrupları üzrə yığmalarında da oynamış Kassama, “Portu”nun yetirməsidir. O, 2019-cu ilin yanvarından “Reyms”də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button