Erməni əsilli baş məşqçiylə yeni müqavilə

Fransanın “Monpelye” klubu baş məşqçisi Mişel Ter-Zakaryanın müqaviləsinin müddətini artırıb.

Komanda.az xəbər verir ki, erməni əsilli fransalı mütəxəssislə müddəti 2021-ci ilin yayına qədər olan yeni sözləşmə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Zakaryanın əvvəlki müqaviləsi 2020-ci ilin yayına qədər idi.

“Monpelye” hazırda Fransa Liqa 1-də 34 turdan sonra 51 xalla 6-cı sırada qərarlaşıb. Zakaryanın rəhbərlik etdiyi kollektivin ehtiyatda bir oyunu var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button