Fransa klubunda yeni müqavilə

“Lans” yarımmüdafiəçisi Pşemıslav Frankovski ilə müqaviləni yeniləyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi 28 yaşlı futbolçu ilə sözləşmənin müddətini 2028-ci ilə qədər uzadıb.

Frankovski 2021-ci ilin avqustundan Fransa təmsilçisində çıxış edir. Polşalı 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 41 oyuna çıxıb, beş qol vurub və üç məhsuldar ötürmə edib.

Xatırladaq ki, “Lans” cari mövsümdə Çempionlar Liqasında iştirak edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button