Fransa klubunda yeni baş məşqçi – RƏSMİ

Fransanın “Marsel” klubunun yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, Rudi Qarsiya ilə yollarını ayıran Liqa 1 təmsilçisi baş məşqçi postuna Andre Villaş-Boaşı gətirib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Portuqaliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Xarici mətbuatın iddiasına görə, Villaş-Boaş Fransa təmsilçisində illik 7.2 milyon avro qazanacaq.

Villaş-Boaş, məşqçiliyə peşəkar futbolçu karyerası olmadan gəlib. O, daha öncə “Portu”, “Çelsi”, “Tottenhem”, “Zenit” və “Şanxay SIPG” klublarında çalışıb. “Portu”nu 2011-ci ildə Avropa Liqasının qalibi edən portuqaliyalı məşqçi 2017-ci ilin noyabr ayından bəri işsiz idi. 41 yaşlı mütəxəssis bu müddətdə bütün diqqətini avtomobil idmanına yönəltmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button