Fransa klubunda yeni baş məşqçi

Fransanın “Lill” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Liqa 1 təmsilçisini qarşıdakı 2 il müddətində Bruno Genesio çalışdıracaq.

57 yaşlı mütəxəssis bu postda Paulo Fonsekanı əvəzləyib.

Genesio daha əvvəl Fransanın “Olimpik” (Lion) və “Renn”, həmçinin Çinin “Beytszin Qoan” klublarını çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button