Fransa klubunda yeni baş məşqçi
Fransanın “Renn” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisini bundan sonra Bruno Jenezio çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 54 yaşlı fransız mütəxəssislə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
Qeyd edək ki, Bruno Jenezio bir neçə gün öncə istefaya göndərilmiş Julyen Stefanı əvəz edib. Onun istefasına komandanın uğursuz çıxışı səbəb olub. “Renn” bu mövsüm Liqa 1-də 27 oyuna topladığı 38 xalla 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, Jenezio daha öncə Lion “Olimpik”ində, eləcə də Çinin “Beytsin Qoan” klubunda baş məşqçi kimi çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin