Fransa klubunda yeni baş məşqçi

Fransanın “Tuluza” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Liqa 1-in 2019/20 mövsümünü sonuncu pillədə başa vurduğu üçün elitada qalıb-qalmayacağı dəqiq bilinməyən bu komandanı yeni mövsümdən Patris Qarand çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 59 yaşlı fransalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qarand son olaraq 2012-2018-ci illər aralığında “Kan”ı çalışdırıb. O, “Tuluza”da yanvar ayında istefaya göndərilən Antuan Kombuareni əvəz edib.

Qeyd edək ki, Liqa 1-də mövsümün erkən başa çatdırıldığı barədə qərar açıqlanarkən “Tuluza”nın da Liqa 2-yə düşürüldüyü elan olunmuşdu. Lakin sonradan Fransa hökumətinin işə qarışması sayəsində həm “Tuluza”, həm də “Amyen”in elitanı tərk etməsi barədə qərara yenidən baxılacağı bildirilmişdi. Hazırda Liqa 1-də yeni mövsümün 20 və ya 22 klubla keçiriləcəyi sual altındadı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button